İDMAN


“Milan” klubu Kşiştof Penteklə razılığa gəlib

Bakı, 18 yanvar, AZƏRTAC

İtaliyanın “Milan” klubunun skautları və “Cenoa” komandasının rəhbərliyi hücumçu Kşiştof Pentekin transferi üçün razılığa gəliblər.

AZƏRTAC “Milan” klubunun rəsmi saytına istinadla xəbər verir ki, 23 yaşlı polşalı futbolçu da “Milan”a keçməyə və dördillik müqavilə imzalamağa razılıq verib. Kşiştof Pentek “Milan”da il ərzində 2,2 milyon avro qazanacaq. “Cenoa”da isə futbolçu 450 min avro məvacib alır.

Qeyd edək ki, 23 yaşlı forvard cari mövsümdə “Cenoa”nın heyətində 19 oyunda meydana çıxıb və 13 qolla yadda qalıb. İtaliya A Seriyasının bombardirlər cədvəlində polşalı yalnız “Yuventus”un əsas qol silahı sayılan Kriştianu Ronaldudan geri qalır (14 qol). Kşiştof Pentekin “Cenoa” ilə müqaviləsi 2022-ci ilədək nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.