İDMAN


“Milan” klubu “Real Madrid”in futbolçusuna görə danışıqlar aparır

Bakı, 22 aprel, AZƏRTAC

İtaliyanın “Milan” klubu “Real Madrid”in hücumçusu Luka Yoviçin transferinə görə danışıqlar aparır.

AZƏRTAC xəbər verir ki, “Milan” Yoviçi satınalma hüququ ilə birlikdə ikiillik müddətinə icarəyə götürmək istəyir. Əsas maneə serb futbolçunun illik 5 milyon avro dəyərində olan məvacibidir. Mənbənin bildirdiyinə görə, hazırda danışıqlar davam edir.

Qeyd edək ki, daha əvvəl Lukanın zədə səbəbindən üç ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı. Onun karantin vaxtında evin divarından yıxıldığı və çətinliklə sağ qaldığı məlum olmuşdu.

İyirmi iki yaşlı forvard ötən yay 60 milyon avro müqabilində Almaniyanın “Ayntraxt” klubundan “Real Madrid”ə transfer edilmişdi. Cari mövsümdə 24 matçda meydana çıxan Yoviçin aktivində 2 qol və 2 məhsuldar ötürmə var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.