İDMAN


“Milan” klubu Zlatan İbrahimoviçlə müqaviləni yeniləyib

Bakı, 23 aprel, AZƏRTAC

“Milan” klubu futbolçusu Zlatan İbrahimoviçlə müqaviləsini yeniləyib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, İtaliya A Seriyası nəhəngi 39 yaşlı hücumçu ilə anlaşmanın müddətini daha bir il uzadıb. İtaliya mətbuatının yaydığı məlumata görə isveçli futbolçu klubda ilə 7 milyon avro qazanacaq.

Qeyd edək ki, Z.İbrahimoviçin bu ilin oktyabrında 40 yaşı tamam olacaq. Futbolçu 2020-ci ilin əvvəlində karyerasında yenidən “Milan”a qayıdıb. Daha əvvəl 2010-2011-ci illərdə komandada oynayan Zlatan klubun heyətində 24 oyun keçirib və 17 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.