İDMAN


“Milan”ın məğlubiyyətsiz seriyası davam edir

Bakı, 8 iyul, Nicat Məmmədov, AZƏRTAC

İyulun 7-də futbol üzrə İtaliya A Seriyasının 31-ci turunun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, “Milan” klubu öz meydanında lider “Yuventus” komandasını qəbul edib. Görüş Milan təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Oyunun birinci hissəsində qol vurulmayıb. Qarşılaşmanın altı qolu fasilədən sonra vurulub.

“Milan”nın heyətində Zlatan İbrahimoviç, Frank Kessi, Ante Rebiç, Rafael Leao, “Yuventus” isə Kriştiano Ronaldo və Adrien Rabiot fərqləniblər.

Bu qələbədən sonra xal ehtiyatını 49-a çatdıran “Milan” turnir cədvəlində beşinci yerə yüksəlib. “Yuventus” isə məğlub olmasına baxmayaraq, liderliyi davam etdirir (76 xal).

Qeyd edək ki, “Milan” klubu son beş oyundur məğlub olmur.

Turnir cədvəlində ikinci pillədə qərarlaşan “Latsio” səfərdə autsayder “Leççe”yə məğlub olub - 2:1. Bu, paytaxt təmsilçisinin ardıcıl ikinci məğlubiyyətidir. “Latsio” 30-cu turda məhz “Milan”a böyük hesabla məğlub olmuşdu - 3:0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.