MƏDƏNİYYƏT


Mili Kitabxanada “18 oktyabr Dövlət Müstəqilliyi Günüdür” adlı sərgi açılıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “18 oktyabr Dövlət Müstəqilliyi Günüdür” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgini kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq Azərbaycanın dövlət müstəqilliyi haqqında məlumat verib. Bildirib ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci i il oktyabrın 18-də Ali Sovetin sessiyasında Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra Dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

Ədibə İsmayılova diqqətə çatdırıb ki, Azərbaycan Milli Kitabxanası hər il dövlət müstəqilliyi günü ilə bağlı mütəmadi olaraq bir sıra kütləvi tədbirlər, eləcə də geniş kitab sərgisi vasitəsilə oxucuları məlumatlandırır.

Sərgidə Azərbaycanın dövlət müstəqilliyindən bəhs edən 300-ə yaxın Azərbaycan, rus, ingilis və digər dillərdə nəşr olunmuş kitablar, dövri mətbuat materialları nümayiş edilib.

Sonda iştirakçılar sərgi ilə tanış olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.