İDMAN


Millətlər Liqası: Azərbaycan-Monteneqro oyunu başlayıb

Bakı, 14 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunu keçirir.

AZƏRTAC xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda V turunda Monteneqronu qəbul edir.

C Liqasının birinci qrupundakı qarşılaşma ölkədəki hərbi vəziyyətlə əlaqədar Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda təşkil olunur.

Oyunu Rusiyadan olan hakimlər briqadası idarə edir. Qarşılaşma “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.