İDMAN


Millətlər Liqasının ikinci turuna yekun vurulub

Bakı, 9 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 8-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun sonuncu oyun günündə A, C və D liqalarında ümumilikdə 9 qarşılaşma baş tutub.

C liqasının 1-ci qrupunda yer alan Azərbaycan millisi səfərdə Kipr seçməsinin qonağı olub. Millimiz Nikosiyada Kipr komandasını minimal hesabla məğlub edib - 1:0. Oyunda yeganə qolun müəllifi 29-cu dəqiqədə kapitan Maksim Medvedev olub.

Azərbaycan millisi növbəti oyununu Monteneqro yığmasına qarşı keçirəcək. Görüş oktyabrın 10-da baş tutacaq.

Azərbaycan millisinin yer aldığı qrupun digər görüşündə Lüksemburq öz meydanında Monteneqro seçməsinə son dəqiqələrdə (90-cı) buraxdığı qolla məğlub olub.

Günün ən maraqlı görüşü “Stad de Frans” stadionunda baş tutub. Sonuncu dünya çempionatının finalçıları Fransa və Xorvatiya yığmaları üz-üzə gəlib. Məhsuldarlığı ilə seçilən görüşdə fransızlar güclü olub - 4:2. Fransa millisinin heyətində Antuan Qrizman, Dominik Luvakoviç (avtoqol), Dayo Upamkano, Olivye Giru, Xorvatina seçməsinin isə Deyan Lovren və Yosip Brekalo fərqləniblər.

Turun digər qarşılaşmalarında aşağıdakı hesablar qeydə alınıb:

A liqası (3-cü qrup)

İsveç – Portuqaliya - 0:2.

A liqası (2-ci qrup)

Belçika — İslandiya - 5:1;

Danimarka — İngiltərə - 0:0.

C liqası (2-ci qrup)

Gürcüstan – Şimali Makedoniya - 1:1;

Ermənistan – Estoniya - 2:0.

D liqası (2-ci qrup)

San-Marino – Lixtenşteyn - 0:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.