MƏDƏNİYYƏT


Milli Arxiv İdarəsi “Bir Pəncərə” sistemi vasitəsilə 9 mindən çox vətəndaşa xidmət göstərib

Bakı, 7 mart, AZƏRTAC

Milli Arxiv İdarəsinin təqdim etdiyi dövlət xidmətləri üzrə, “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının tətbiqi ilə əlaqədar “Bir Pəncərə” sistemi vasitəsilə ötən il 9 min 414 vətəndaşa şəffaf xidmət göstərilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, 6 min 855 nəfər arxiv arayışı və çıxarışı, o cümlədən arxiv sənədlərinin təsdiq edilmiş surətləri üçün müraciət edib.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikası dövlət arxiv xidməti sisteminə bilavasitə Milli Arxiv İdarəsinə tabe olan 6 dövlət arxivi, Dövlət Arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi, habelə 57 rayon və şəhər dövlət arxivləri və bir təsərrüfat hesablı İdarə Sənədlərini Qaydaya Salan Mərkəz daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.