MƏDƏNİYYƏT


Milli Arxiv İdarəsində 9 aylıq ümumi fəaliyyətin nəticəsinə həsr edilmiş müşavirə keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Milli Arxiv İdarəsində Müstəqilliyin Bərpası Gününə və dövlət arxiv xidməti təşkilatlarının 9 aylıq ümumi fəaliyyətlərinin nəticələrinə həsr edilmiş müşavirə keçirilib.

Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, ənənəvi və videokonfrans formatında keçirilən müşavirədə İdarənin rəhbərliyi, şöbə müdirləri və əməkdaşları, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin, Respublika Dövlət Arxivlərinin, Dövlət Arxivi filiallarının və rayon (şəhər) dövlət arxivlərinin rəhbər şəxsləri iştirak ediblər.

Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqə sükutla yad edən müşavirə iştirakçıları daha sonra “Müstəqillik yollarında otuz il: 30 il 30 fotoda” adlı videoçarxa baxıblar.

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov çıxış edərək xalqımızın bir əsrdə iki dəfə müstəqilliyini əldə etməsini, özünün suveren, demokratik dövlətini yaratmasını diqqətə çatdırıb. Bildirib ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay sonra süqut etsə də, 70 il sonra sovet imperiyasının dağılması ilə Azərbaycan dövləti öz müstəqilliyini bərpa etməklə, həm də Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu bəyan edib.

İdarə rəisinin müavini Həsən Həsənov dövlət arxiv xidməti təşkilatlarının cari ilin 9 ayı ərzində fəaliyyətlərinə həsr edilmiş hesabatla müşavirə iştirakçılarını tanış edib, “Azərbaycanda arxiv işinin inkişafına dair 2020-2025-ci illər üzrə Dövlət Proqramı”na dair tədbirlər planının icrası ilə bağlı məlumat verib.

Məruzə ətrafında Naxçıvan MR Dövlət Arxiv İdarəsinin, Dövlət Səs Yazıları Arxivinin, Dövlət Arxivinin Gəncə filialının, Masallı rayon Dövlət Arxivinin, İsmayıllı rayon Dövlət Arxivinin rəhbərlərinin çıxışları dinlənilib.

Müşavirə açıq diskussiya şəklində davam edib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.