MƏDƏNİYYƏT


Milli Arxiv İdarəsində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı iki toplunun təqdimatı olub

Bakı, 14 sentyabr, AZƏRTAC

Milli Arxiv İdarəsində qurum tərəfindən hazırlanmış “Azərbaycan Xalq Cümhuriyyəti. Təhsil siyasəti” sənədlər toplusunun və “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” adlı məqalələr toplusunun təqdimatı olub.

Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində idarənin rəisi Əsgər Rəsulov hər iki nəşr haqqında iştirakçılara məlumat verib. Bildirib ki, bu nəşrlər Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında müvafiq Sərəncamının icrası məqsədilə Nazirlər Kabinetinin tədbirlər planına uyğun olaraq hazırlanıb.

“Azərbaycan Xalq Cümhuriyyəti. Təhsil siyasəti” adlı sənədlər toplusu Cümhuriyyətin təhsil və maarif sahəsində fəaliyyətini əks etdirən arxiv sənədləri əsasında hazırlanaraq xronoloji ardıcıllıqla 1918-ci ilin may ayından 1920-ci ilin aprelinədək olan dövrü əhatə edir.

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” kitabında isə Milli Arxiv İdarəsi və dövlət arxivləri əməkdaşlarının arxiv sənəd və materialları, eləcə də digər tarixi mənbələr əsasında yazdıqları və müxtəlif illərdə mətbuat səhifələrində çap edilmiş 25 portret-oçerk və məqalə toplanıb.

Sonra nəşrlər ətrafında Milli Arxiv İdarəsinin və respublika dövlət arxivlərinin məsul vəzifəli əməkdaşları tərəfindən fikir mübadiləsi aparılıb.

Tədbirdə sözügedən nəşrlərin aidiyyəti üzrə dövlət orqanlarına, ali təhsil müəssisələrinə, kitabxanalara, informasiya agentliklərinə, redaksiyalara və digər qurumlara paylanıldığı qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.