MƏDƏNİYYƏT


Milli Arxiv İdarəsində arxivçilər üçün vebinar təlim

Bakı, 21 aprel, AZƏRTAC

Milli Arxiv İdarəsində dövlət arxiv təşkilatlarında, idarə, müəssisə və təşkilatlarda çalışan arxivçilər üçün vebinar təlim təşkil olunub.

İdarədən AZƏRTAC-a bildirilib ki, vebinar təlim Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin müvafiq əmri ilə təsdiq edilmiş “Dövlət arxivlərində çalışan əməkdaşların peşəkarlığının və ixtisaslarının artırılması məqsədilə tərtib edilmiş Təlim Proqramı”na əsasən keçirilib. “Dövlət arxivlərində işin təşkili (planlaşdırma, hesabat, təşkilatlarda sənədlərin mühafizəsinə nəzarət, ekspert komissiyalarının, elmi şuranın işinin təşkili və s.)” mövzusunda keçirilən vebinar təlimdə Respublika Dövlət Arxivlərinin, Dövlət Arxivinin filiallarının, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin nümayəndələri, o cümlədən bir sıra dövlət qurumlarının müvafiq əməkdaşları iştirak ediblər.

Vebinar təlimi giriş nitqi ilə Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov açaraq təlimin məqsədi və qarşıya qoyulmuş hədəflər barədə məlumat verib. Daha sonra təlim üzrə mövzular ətrafında məruzə ilə müvafiq olaraq idarənin şöbə müdirləri Cəmilə Abasova, Cəmaləddin Cavadov və baş məsləhətçi Həbib Həsənov çıxış ediblər.

Vebinar təlim diskussiya şəraitində davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.