MƏDƏNİYYƏT


Milli Arxiv İdarəsində müşavirə keçirilib

Bakı, 21 fevral, AZƏRTAC

Fevralın 21-də Milli Arxiv İdarəsində “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasına dair geniş müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirədə Milli Arxiv İdarəsinin rəhbərliyi, İdarə aparatının şöbə müdirləri, Respublika dövlət arxivlərinin, Dövlət Arxivinin filiallarının rəhbərləri iştirak edib.

Müşavirəni giriş sözü ilə açan Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncama və arxiv işinə göstərdiyi qayğıya görə, respublika arxivçiləri adından ölkəmizin başçısı Prezident İlham Əliyevə təşəkkür edib.

Əsgər Rəsulov qeyd edib ki, dövlət proqramının məqsədi arxiv işi sahəsində həyata keçirilən islahatların davamlılığını, dövlət arxiv təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsini, cəmiyyətdə arxiv işinin rolunun və arxivçi peşəsinin nüfuzunun artırılmasını, Azərbaycan Respublikasının maddi-mənəvi sərvəti olan Milli Arxiv Fonduna aid sənədlərin toplanılmasını, habelə sistemləşdirilməsini, dövlət mühafizəsinə daimi qəbulunu, qeydiyyatını və onlardan səmərəli istifadəni təmin etməkdən ibarətdir.

Vurğulanıb ki, dövlət proqramının əsas istiqamətlərinin arxiv işi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi və səmərəli idarəetmənin təşkili, dövlət arxivləri sistemində institusional islahatların aparılması və kadr potensialının gücləndirilməsi, dövlət arxiv təşkilatlarının strukturunun və şəbəkəsinin təkmilləşdirilməsi, Milli Arxiv Fondunun informasiya potensialının zənginləşdirilməsi, sənədlərin rəqəmsallaşdırma yolu ilə etibarlı mühafizəsinin təşkili, arxiv işinin İKT tətbiq etməklə modernləşdirilməsi, müasir tələblər səviyyəsində qurulması, Milli Arxiv Fondu sənədlərinin rəqəmsallaşdırılması və digər bu kimi məsələlər müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.

Məruzə ətrafında çıxış edənlər proqramda yer alan tapşırıqlar və onların həlli istiqamətində görüləcək işlər barəsində öz fikirlərini bildiriblər.

Müşavirə açıq diskussiya şəraitində davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.