MƏDƏNİYYƏT


Milli Arxiv İdarəsində seminar-müşavirə təşkil olunub

Bakı, 17 iyun, AZƏRTAC

Milli Arxiv İdarəsində "Dövlət arxivlərinin əsas fəaliyyət istiqamətləri, vəzifələri" və "Arxiv sənədlərinin mühafizəsinin təmin edilməsi üzrə tədbirlər" mövzusunda seminar-müşavirə keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, seminar-müşavirədə İdarənin rəis müavini Həsən Həsənov, Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova və şöbənin, o cümlədən dövlət arxiv xidməti təşkilatlarının müvafiq sahəyə məsul əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə İdarənin rəis müavini Həsən Həsənov açaraq mövzu ətrafında çıxış edib.

Sonra seminar şöbə müdiri Cəmilə Abasovanın məruzəsi və baş məsləhətçi Həbib Həsənovun mövzu üzrə hazırladığı videoçarxın təqdimatı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.