MƏDƏNİYYƏT


Milli Arxiv İdarəsində yeni əməkdaşlar üçün seminar-məşğələ keçirilib

Bakı, 16 mart, AZƏRTAC

Milli Arxiv İdarəsində işə yeni qəbul edilmiş əməkdaşlarla qurumun bu il üçün nəzərdə tutulan tədbirlər planına uyğun olaraq görüş və seminar-məşğələ keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Arxiv İdarəsinin rəhbərliyi, Respublika Dövlət Arxivlərinə, Dövlət Arxivinin filiallarına və rayon (şəhər) dövlət arxivlərinə yeni təyin edilmiş rəhbər şəxslər iştirak ediblər.

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov yeni təyin edilmiş əməkdaşları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra idarə rəisi respublikada arxiv işinin vəziyyəti və qarşıda duran vəzifələr barədə məlumat verib.

Tədbir çərçivəsində idarənin rəis müavini və şöbə müdirləri müvafiq sahələr üzrə problemlər və onların həlli yolları haqqında məruzə ilə çıxış ediblər.

Seminar-məşğələ açıq diskussiya şəklində davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.