ELM VƏ TƏHSİL


Milli Aviasiya Akademiyasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Bakı, 26 noyabr, AZƏRTAC

Noyabrın 26-da Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycan və Türkiyənin görkəmli elm və mədəniyyət xadimlərinin Nizami Gəncəvi barədə məruzələri dinlənilib, tələbələr tərəfindən səhnə canlandırılıb və musiqi dinlənilib.

Konfransda Prezident İlham Əliyevin bu ili “Nizami Gəncəvi İli” elan etməsindən, görkəmli şairin həyat və yaradıcılığından, 44 günlük Vətən müharibəsindən, dahi mütəfəkkirin əsərlərindən, eləcə də Türk dünyasında Nizami Gəncəvi irsinin öyrənilməsindən bəhs olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.