MƏDƏNİYYƏT


Milli Aviasiya Akademiyasında Ümummilli Liderin 100 illiyinə həsr edilmiş “Qurtuluş” tamaşası göstərilib

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-da Milli Aviasiya Akademiyasında Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Qurtuluş” tamaşası göstərilib.

AZƏRTAC xəbər verir ki, tamaşa Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevin təşəbbüsü, Mədəniyyət Nazirliyinin və Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə MAA-da Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları tərəfindən səhnələşdirilib.

Tamaşa MAA-nın rektorunun köməkçisi, prorektorları, professor-müəllim heyəti və tələbələri tərəfindən böyük maraqla izlənilib.

Sonda Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbəri İftixar Piriyev MAA-nın rektoru, akademik Arif Paşayev başda olmaqla kollektivə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.