ELM VƏ TƏHSİL


Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib

Bakı, 18 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya”da məqalələrin yaradılması və redaktəsi” mövzusunda təlim keçirilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxananın “Vikipediya” Metodik Mərkəzi tərəfindən ödənişsiz təşkil edilən təlimlərdə tələbələr məqalələrin yaradılması və redaktə olunması barədə məlumatlandırılıb. Onlara, həmçinin “Vikipediya”dan istifadə qaydaları, qeydiyyatdan keçmə, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi ilə bağlı ətraflı məlumat verilib. Gənclərə bu virtual ensiklopediyanın beş əsas prinsipi, mənfi təsirləri və onun qarşısının alınması yolları izah edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.