ELM VƏ TƏHSİL


Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Nəriman Nərimanovun 150 illik yubileyi qeyd olunub

Bakı, 11 dekabr, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ədəbiyyat tariximizdə müstəsna xidmətləri olan dramaturq, ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin “Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətində Dağlıq Qarabağ problemi” mövzusunda məruzəsi dinlənilib. O, hələ 1920-ci illərdə sovet rejiminin ortaya atdığı Dağlıq Qarabağ tələbinə qarşı dövlət xadiminin kəskin mövqeyi, çıxışları barədə məlumatları diqqətə çatdırıb.

Bildirib ki, realist-demokrat yazıçının təsviri sənətdə də obrazının yaradılması uzun illər Azərbaycan rəngkarlığı və heykəltəraşlığının aparıcı mövzularından biri olub. Ədibin Bakı şəhərində ucaldıan ilk əzəmətli heykəli 1972-ci ildə Xalq rəssamı Cəlal Qaryağdı tərəfindən hazırlanıb.

Elmi sessiyada muzeyin doktorantı, Mədəni irs və mənbəşünaslıq şöbəsinin kiçik elmi işçisi Gülsəba Həsənova “Nəriman Nərimanovun obrazı Nizami muzeyinin təsviri sənət nümunələrində” mövzusunda məruzə ilə çıxış edib. O, muzeyin ekspozisiyasını zənginləşdirən və rəssam Mikayıl Abdullayevin fırçasına məxsus olan N.Nərimanovun portreti, o cümlədən heykəltəraşlıq nümunələri haqqında ətraflı məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.