CƏBHƏ XƏBƏRLƏRİ


Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi: Vətənimizi böyük qələbəyə aparan Ali Baş Komandanımızla hər an birgəyik

Bakı, 29 sentyabr, AZƏRTAC

Bu günlər bütün Azərbaycan boyu diqqət cəbhə bölgəsinə yönəlib və hər kəs oradan gələn hər yeni zəfər müjdəsini sonsuz sevinclə qarşılayır. İnsanlarımız arzulanan böyük qələbəmizin rəhni kimi baxdıqları Ali Baş Komandanı, Milli Ordumuzu, Azərbaycan əsgərini ürəkdən dəstəkləyirlər. AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu sözlər Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində sentyabrın 29-da keçirilən tədbirdə səsləndirilib. Tədbir dövlətimizin başçısı ilə həmrəylik və Milli Ordumuza dəstək çağırışlarına həsr edilib.

Tədbiri açan muzeyin direktoru, Milli Məclisin üzvü Rafael Hüseynov Ermənistanın Azərbaycana qarşı ötən əsrin səksəninci illərinin sonlarından etibarən apardığı təcavüz siyasətinin, bu işğalın nəticəsi olaraq ölkəmizin ərazisinin 20 faizinin zəbt etməsinin, 1 milyona yaxın insanın 30 ilə çatan bir müddətdə qaçqın və məcburi köçkün kimi ağır şərtlər içərisində yaşamasının, Ermənistanın qeyri-konstruktiv yanaşmaları nəticəsində sülh danışıqların nəticəsi qalaraq dalana dirənməsinin Azərbaycan xalqının səbir kasasını daşdırdığını bildirərək deyib: “Bütün gedişat onu göstərir ki, Ermənistan sülh danışıqlarının davam etməsində maraqlı deyil, danışıqların pozulması üçün mütəmadi olaraq müxtəlif təxribatlar törədir. Üstəlik, Ermənistan Azərbaycana qarşı qəsbkar siyasətini genişləndirməyə davamlı cəhdlər edir, sentyabrın 27-də baş verən hadisələr də bunun əyani sübutudur. Lakin Ermənistan unudur ki, bu gün Azərbaycanın güclü və hər cəhətdən mükəmməl təchiz edilmiş ordusu, cəsur və qabil əsgəri, bu ordunun önündə gedən qətiyyətli və əzmkar Ali Baş Komandanı var. Miskin Ermənistan heç bir göstəricisi ilə Azərbaycana yaxın belə düşə bilməsə də, çürük iddiaları tükənmir, yeni işğal niyyətləri səngimək bilmir və terrorizmi dövlət siyasətinə çevirmiş cinayətkar rejim öz xalqını da uçuruma aparır. Təcavüzkara son illərdə bir neçə dəfə layiqli cavablar verilsə də, təəssüf ki, reallıq hissini itirmiş Ermənistan bu xəbərdarlıqlardan nəticə çıxarmayıb. Ona görə də Azərbaycan xalqı nəhayət ki, azğın düşməni yerində oturtmaq üçün Azərbaycan dövlətindən qəti addımlar gözləyirdi. Prezident İlham Əliyevin ölkədə hərbi vəziyyət etməsi və xalqa müraciəti elə həmin səbəblərdən də bütün vətəndaşlarımız tərəfindən razılıq hissi və ruh yüksəkliyi ilə qarşılanıb. Milli Ordumuzun əldə etdiyi uğurlar haqqında gələn hər yeni xəbəri sonsuz sevinc və fərəh hissi ilə qarşılayırıq. Bu gün bütün xalqımız, o sıradan bizim muzeyin kollektivi də dövlət başçımızın əzmini, qətiyyətini alqışlayır, liderimizlə birgəyik, onun apardığı dərin düşünülmüş və dəqiq siyasətin ən yaxın zamanda bizi böyük qələbəyə çatacağına inanırıq”.

Tədbirdə çıxış edən muzey əməkdaşları Azərbaycanın mübarizəsinin haqq işi olduğunu, dövlət başçısı cənab İlham Əliyevi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində atdığı bütün addımlarında dəstəklədiklərini bildiriblər.

Tədbirdə Ali Baş Komandana və Milli Ordumuza son günlərin uğurlu döyüş əməliyyatları, bir sıra yaşayış məntəqələrimizin düşmən işğalından azad edilməsi münasibətilə muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialı əməkdaşlarının minnətdarlıqlarını ifadə edən müraciəti də səsləndirilib.

Eləcə də çıxış edən alimlər Türkiyə Respublikasına, Prezident Rəcəb Tayyib Ərdoğana bu məsul sınaq günlərində hər zaman olduğu kimi, Azərbaycana birmənalı və qəti dəstək göstərməsinə, əsl sədaqətli qardaş olmasını növbəti dəfə bütün dünyanın gözləri qarşısında isbat etməsinə görə sevgi və ehtiramlarını ifadə ediblər.

Tədbirə yekun vuran akademik Rafael Hüseynov söyləyib ki, bu mübarizəli və şanlı günlərdə bütün ölkə bir yumruq kimidir, cəmiyyətin bütün təbəqələri, bütün vətəndaşlarımız Vətən naminə, Azərbaycan torpaqlarının təcavüzdən nəhayət ki, birdəfəlik azad edilməsi yolunda öz rəhbəri ilə birlikdədir və onun bu şərəfli yoldakı bütün təşəbbüslərini, bütün çağırışlarını qəlbən dəstəkləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.