ELM VƏ TƏHSİL


Milli Azərbaycan Tarixi Muzeyi: Məktəblilər dulusçuluq sənətinin tarixi haqqında məlumatlandırılıb

Bakı, 22 may, AZƏRTAC 

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeo klubunun “Smart” Tədris Mərkəzində növbəti tədbiri olub. Muzeydən AZƏRTAC-a bildiriblər ki, 2 nömrəli texniki-humanitar elmlər liseyi şagirdlərinin iştirak etdikləri tədbirdə klubun rəhbəri Esmira Rəhimova qurumun fəaliyyəti barədə ətraflı məlumat verib.

Şagirdlər Azərbaycanda dulusçuluq və orta əsrlərdə Yaxın Şərqdə geniş yayılmış ebru sənətləri ilə tanış olublar. Muzeyin arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə Azərbaycanda dulusçuluq sənətinin tarixindən danışıb.

Sonra liseyin tarix müəllimi Sevil Nəsibova muzeyin Arxeo klubunun keçirdiyi tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeo klubunun yaradılmasında məqsəd məktəblilərə, gənclərə milli-mənəvi dəyərlərimizi sevdirmək, onların arxeologiya sahəsində biliklərini artırmaq, maddi, mədəni irsimiz və tarixi abidələrimiz haqqında təsəvvürlərini daha da zənginləşdirməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.