ELM VƏ TƏHSİL


Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşlarının məruzələri beynəlxalq topluya daxil edilib

Bakı, 22 iyun, AZƏRTAC

Tatarıstan Respublikasının Yelabuqa şəhərində Kazan Federal Universitetinin təşkilatçılığı ilə keçirilən “Türkologiyanın aktual problemləri: Rusiya və türk-müsəlman dünyası” adlı konfransın məruzələr toplusu nəşr edilib.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, topluda bu müəssisənin Etnoqrafiya elmi fond şöbəsinin böyük elmi işçisi, dosent Tural Şiriyevin “Orta əsr Azərbaycandа sufilərin gündəlik həyatı və xanəgah haqqında” və kiçik elmi işçi Fatma Qəniyevanın “Azərbaycanda qonaqpərvərlik ənənəsinin tarixi və mədəni aspektləri” adlı məruzələri yer alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.