ELM VƏ TƏHSİL


Milli Azərbaycan Tarixi Muzeyində “Mübarizin yolu” adlı tədbir keçirilib

Bakı, 2 noyabr, AZƏRTAC 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Mübarizin yolu” adlı tədbir keçirilib. Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Tədbir muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Qarabağ müharibəsi şəhidlərini tanıyaq” layihəsi çərçivəsində reallaşdırılıb.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən muzeyin xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin aparıcı elmi işçisi, dosent Bəhman Kərimov Milli Qəhrəman Mübariz İbrahimovun şərəfli döyüş yolundan danışıb, doğma torpaq naminə canlarından keçən igid Vətən övladlarının xatirəsinin daim əziz tutulduğunu bildirib.

Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev Milli Qəhrəman Mübariz İbrahimovun ömür yolunun gənclərə örnək olduğunu vurğulayıb.

Sonra 95 nömrəli Ağdam köçkün məktəbinin 9-cu sinif şagirdi Nigar Osmanova “Mübariz” adlı şeiri söyləyib və Səbail rayon 7 nömrəli tam orta məktəbin şagirdləri “Həyata örnək olanlar” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.