ELM VƏ TƏHSİL


Milli Azərbaycan Tarixi Muzeyində Sara Tağıyevanın 120 illiyinə həsr edilən tədbir keçiriləcək

Bakı, 17 may, AZƏRTAC

Mayın 21-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara Tağıyevanın anadan olmasının 120 illiyinə həsr edilən tədbir keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, bu qurumun fondlarında Sara Tağıyevaya aid zəngin sənədlər qorunur. 2016-cı ildə onun arxivinin böyük hissəsi ailəsi tərəfindən muzeyə hədiyyə edilib. Sara Tağıyevanın Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyətinin tanıdılmasında mühüm xidmətləri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.