ELM VƏ TƏHSİL


Milli Azərbaycan Tarixi Muzeyinə Qarabağ hadisələrini əks etdirən rəsm əsərləri təqdim olunub

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, istedadlı rəssam Vüqar Əli igid döyüşçülərimizin qəhrəmanlığına, saxta erməni təbliğatının ifşasına dair bir sıra əsərlər yaradıb. Müəllif Qarabağ hadisələri və vətənpərvərlik mövzularında ərsəyə gətirdiyi əsərlərini Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, Vüqar Əlinin təqdim etdiyi “Şuşa”, “Qarabağın şanlı tarixi”, “Torpaq Vətəndir!” adlı rəsm əsərləri gənc nəsildə vətənpərvərlik tərbiyəsinin inkişafında əhəmiyyətə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.