ELM VƏ TƏHSİL


Milli Azərbaycan Tarixi Muzeyinin Hadrut dəfinəsi

Bakı, 13 noyabr, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda 1939-cu ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində tapılmış gümüş sikkələr dəfinəsi saxlanılır.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, dəfinədə 64 ədəd sikkə mövcuddur. Bu sikkələrin numizmatik təyinatı nəticəsində Azərbaycan xanlıqları (1771-1790-ci illərin Şamaxı, 1775-1791-ci illərin Gəncə və 1794-cü ilin Qarabağ (Pənahabad) dövrünə aid gümüş abbasılardan ibarət olduğu müəyyən edilib. Muzeydə qorunan Hadrut dəfinəsi Azərbaycan xanlıqlarının pul təsərrüfatını açıqlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.