ELM VƏ TƏHSİL


Milli Azərbaycan Tarixi Muzeyinin direktoru beynəlxalq akademiyaya həqiqi üzv seçilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilib və beynəlxalq “Qızıl Ulduz” medalı ilə təltif olunub.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə təmsilçisi, professor Elçin İsgəndərzadə akademik Nailə Vəlixanlı ilə görüşüb. Görüşdə Beynəlxalq Elmlər Akademiyasına üzvlük diplomu və beynəlxalq “Qızıl Ulduz” medalı Nailə Vəlixanlıya təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.