ELM VƏ TƏHSİL


Milli Azərbaycan Tarixi Muzeyinin fondunda ən qədim qızıl zinət əşyası

Bakı, 29 iyun, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanmış ən qədim qızıl zinət əşyası (3,22 qram) saxlanılır.

Muzeydən AZƏRTAC-a bildirilib ki, eramızdan əvvəl IV minilliyə aid olan müxtəlif quruluşlu 22 ədəd qızıl və bir lacivərd muncuqlar tökmə, yonma, cilalama texnologiyasında hazırlanıb.

Bu qədim zinət əşyası 2010-cu ildə arxeoloq Tufan Axundov tərəfindən Ağstafa rayonunun Soyuqbulaq nekropolunun kurqanaltı qəbirindən aşkarlanıb. Nadir eksponat həmin dövrün iqtisadi inkişaf səviyyəsi, dini-ideoloji, mədəni əlaqələr, qarşılıqlı təsirlər və sair haqqında çox qiymətli tarixi mənbədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.