ELM VƏ TƏHSİL


Milli Azərbaycan Tarixi Muzeyinin yeni elmi-kütləvi nəşrləri

Bakı, 21 may, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində eksponatların toplanılması, təbliği, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə yanaşı, elmi-kütləvi nəşrlər də çap olunur. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Bildirilib ki, 2020-ci ildə bu mədəniyyət ocağının 100 illiyi münasibətilə bir sıra nəşrlər işıq üzü görüb. Tarix üzrə fəlsəfə doktoru, dosent Məhfuzə Zeynalovanın “Əlifba” kitabında Azərbaycanın qədim tarixi, maddi-mədəniyyət nümunələri, məişətdə işlənən müxtəlif əşyaları haqqında məlumatlar fotoşəkillərlə birgə təqdim olunub. Digər nəşr tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarovun müəllifliyi və tərtibatçılığı ilə Azərbaycan və rus dillərində “Hacı Zeynalabdin Tağıyev fotoşəkillərdə” albomudur. Tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovun Azərbaycan və rus dillərində nəşr olunmuş “Üçtəpə kurqanındakı alban döyüşçüsü” kitabında arxeoloji qazıntılar zamanı aşkarlanmış unikal artefaktlar haqqında məlumat verilir. Qeyd olunan nəşrlərin elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.

“Azərbaycan şəhərlərinin açarları” kitabçası tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Vahabovanın müəllifliyi ilə Azərbaycan və ingilis dillərində çap edilib. Bununla yanaşı, muzeyin işıqlandırma vasitələrindən ibarət kolleksiyasında yer alan yerli və xarici, tarixi çıraqlar haqqında məlumat və fotoşəkillərin təqdim edildiyi “Sehrli çıraq” kitabçası, tarixi geyim mədəniyyətimiz haqqında “Gözəllik ondur...” kitabı, eləcə də məşhur rus fotoqrafının həyat və fəaliyyətindən bəhs edən “Azərbaycan Dmitri Yermakovun fotoşəkillərində” kitabı Azərbaycan və ingilis dillərində nəşr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.