ELM VƏ TƏHSİL


Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşri

Bakı, 15 sentyabr, AZƏRTAC 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində eksponatların toplanılması, təbliği, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə yanaşı, elmi-kütləvi nəşrlər də çap olunur.

Muzeydən AZƏRTAC-a bildirilib ki, 2020-ci ildə bu mədəniyyət ocağının 100 illiyi münasibətilə bir sıra nəşrlər işıq üzü görüb. Bunlardan biri də muzeyin direktoru, akademik Nailə Vəlixanlının elmi redaktorluğu və tarix üzrə fəlsəfə doktoru, dosent Məhfuzə Zeynalovanın müəllifliyi ilə nəşr olunmuş Azərbaycan dilində “Əlifba” kitabıdır.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış əsər uşaq və yeniyetmələr, o cümlədən yaşlılar üçün nəzərdə tutulub. Kitabda Azərbaycanın qədim tarixi, maddi-mədəniyyət nümunələrinin, məişətdə işlənən müxtəlif əşyaların fotoşəkilləri haqqında məlumat verilir. Onların artıq dilimizdən çıxmış, anaxronizmə çevrilmiş adları yada salınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.