İQTİSADİYYAT


Milli Depozit Mərkəzi ilə “Raiffeisen Bank International” arasında nominal saxlayıcı hesabların açılması planlaşdırılır

Bakı, 27 may, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən xarici investorların yeri bazara cəlb edilməsi məqsədilə Milli Depozit Mərkəzi ilə "Raiffeisen Bank International" (RBI) arasında nominal saxlayıcı hesabların açılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə MBNP-nin idarə heyəti sədrinin vəzifəsini icra edən İbrahim Alışov mayın 27-də Bakıda keçirilən “Azərbaycan kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi” mövzusunda tədbirdə deyib.

O bildirib ki, RBI ilə əməkdaşlığın yaradılması və qarşılıqlı depozitar linklərinin qurulması nəticəsində bankın xidmət göstərdiyi iri institusional investorlar, investisiya fondlarının Azərbaycan qiymətli kağızlarına ölkəyə gəlmədən və depo hesab açmadan nominal saxlayıcı hesabları vasitəsilə investisiya etməsi mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.