İQTİSADİYYAT


Milli Depozit Mərkəzi iyulda həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb

Bakı, 3 avqust, AZƏRTAC

Milli Depozit Mərkəzi (MDM) bu il iyul ayında həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.

MDM-dən AZƏRTAC-a bildirilib ki, iyulda Milli Depozit Mərkəzi tərəfindən Maliyyə Nazirliyi, “İpoteka və Kredit Zəmanət Fondu” ASC, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, BOKT “Embafinance” QSC, “Ferrum Kapital” MMC şirkətlərinin istiqrazları üzrə kupon ödənişləri həyata keçirilib. Ümumilikdə, 771 investora 122,2 milyon AZN və 1,3 milyon ABŞ dolları həcmində kupon ödənişi edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.