REGİONLAR


Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb

Beyləqan, 17 noyabr, AZƏRTAC

Xalqımızın azadlıq mübarizəsi tarixində mühüm mərhələ olan 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş “Dirçəliş milli azadlıq hərəkatının başlanğıcı” adlı tədbirdə səsləndirilib.

Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad edilib, dövlət himni oxunub.

Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mehriban İsgəndərova, Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinin sədri Fazil Əsəd tədbirdə çıxış edərək, 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində yaşanan ictimai-siyasi hadisələrdən, Milli Dirçəliş Gününün əhəmiyyətindən, dövlət müstəqilliyinin bərpa olunmasından, ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsində xidmətlərindən bəhs ediblər. Bildirilib ki, imperiya özbaşınalığına, Ermənistanın separatçılıq siyasətinə və Azərbaycanın keçmiş rəhbərlərinin satqınlıq mövqeyinə etiraz əlaməti olaraq başlanan istiqlal mücadiləsi 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası ilə nəticələnib, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra isə müstəqilliyimiz dönməz və əbədi xarakter alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.