CƏMİYYƏT


Milli Dirçəliş Günü münasibətilə şəhid ailələrinə bayram sovqatı göndərilib

Bakı, 18 noyabr, AZƏRTAC

Qadın Sahibkarlar Assosiasiyası (QSA), “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) və “Bakı Tekstil Fabriki” MMC respublikanın ayrı-ayrı şəhərlərində yaşayan bir neçə şəhid ailəsinə 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə bayram sovqatı göndərib.

AZƏRTAC xəbər verir ki, İkinci Qarabağ müharibəsi günlərində qəhrəmanlıq göstərərək şəhid olmuş hərbçilərimizin ailələri ilə görüşən təşkilatçılar Milli Dirçəliş Gününün bu il əsl milli dirçəliş günü mahiyyətində qeyd edilməsinin fərəhini şəhid ailələri ilə paylaşmağı bir mənəvi borc olaraq qiymətləndiriblər.

Adıkeçən qurumlar Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək diqqət və qayğısını özləri üçün ən yaxşı örnək kimi qəbul etdiklərini vurğulayıblar. QSA, ABAİ İB, BTF MMC rəhbərliyi və əməkdaşları belə nəcib tədbirlərin gələcəkdə də birgə davam etdirilməsini planlaşdırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.