ELM VƏ TƏHSİL


Milli Dirçəliş Gününə həsr olunmuş onlayn tədbirlər

Bakı, 17 noyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən 17 noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar onlayn tədbirlər keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəblilərdə vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması, onların azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi məqsədilə keçirilən onlayn tədbirlərdə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verilib. Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət mübarizəsi tarixində əsas mərhələlərdən biri olduğu vurğulanıb, ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs olunub. Həmçinin Ümummilli Liderin məqsədyönlü siyasəti nəticəsində ölkədə əmin-amanlığa və ictimai-siyasi sabitliyə nail olunduğu bildirilib.

Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən proseslərin mahiyyəti və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi haqqında şagirdlərə geniş məlumat veriblər.

Onlayn tədbirlərdə şagirdlər müstəqillik və vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Eləcə də şagirdlərin əl işlərindən ibarət onlayn sərgilər təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.