MƏDƏNİYYƏT


Milli Dram Teatrı “Dəli yığıncağı”nı yenidən göstərəcək

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, ikihissəli satirik pamfletin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Xalq artisti Siyavuş Kərimidir.

Elmi məsləhətçisi İsa Həbibbəyli olan səhnə əsərinin əsas ideyasını dini mövhumat və xurafatın cürətli, kəsərli ifşası təşkil edir.

Xatırladaq ki, “Dəli yığıncağı” pyesini Cəlil Məmmədquluzadə 1927-ci ildə Bakıda yazıb. Əsər özünün ideya-məzmun xüsusiyyətləri, hadisələri, obrazları ilə şərti, simvolik xarakter daşıyır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.