MƏDƏNİYYƏT


Milli Dram Teatrı Novruz günlərində “Sehrli sandıq” şənliyini təqdim edəcək

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlılar üçün “Sehrli sandıq” şənliyini təqdim edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Könül Məmmədovanın “Sehrli sandıq” əsəri əsasında hazırlanacaq eyniadlı şənliyin rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgəroğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

Şənlikdə aktyor Rüstəm Rüstəmov, (Dədə Qorqud), Əməkdar artist Mehriban Xanlarova (Buta), aktrisa Ayşən Əsədova (Sürməli qız), Əməkdar artist Sevinc Əliyeva (Tirməli qız), aktyorlar Rada Nəsibova (Hörməli qız), Şahin Tağızadə (Ağıllı oğlan), Ləman Fərmanlı (İgid oğlan), Əminə Cəfərova (Dürüst oğlan), Vüsal Məmmədov (Kosa) və Elçin Hacıyev (Keçəl) iştirak edəcək.

Martın 20, 21, 22, 23-də nümayiş ediləcək şənlik saat 11:00, 13:00 və 15:00-da başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.