MƏDƏNİYYƏT


Milli Dram Teatrında bayram tamaşaları maraqla qarşılanır

Bakı, 27 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi ənənəvi olaraq bu il də Yeni il şənlikləri və bayram tamaşası ilə azyaşlıları sevindirməkdə davam edir.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 6-dək davam edəcək bayram tamaşası saat 11:00, 13:00, 15:00 və 17:00-da gündə dörd seans olmaqla təqdim olunur.

Quruluşçu rejissoru Anar Sadıqov olan “Nindza tısbağalar və kapitan Cekin macəraları” səhnə əsərini azyaşlı tamaşaçılar həvəslə izləyirlər.

Səhnə əsərinin rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

Tamaşada aktyorlar Mətləb Abdullayev, İlahə Həsənova, Rada Nəsibova, Nigar Güləhmədova, Elnur Qədirov, Elçin Hacıyev, Vüsal Mustafayev, İmran Qurbanov, Əlvida Cəfərov, Xədicə Novruzlu, Fəridə Şahbazova, Rüstəm Rüstəmov, Ziya Ağayev, Vüsal Məmmədov, Mehriban Xanlarova, Əminə Cəfərova və Ləman Fərmanlı iştirak edirlər.

Akademik Milli Dram Teatrının azyaşlı tamaşaçıları tamaşaya baxandan sonra onlara hədiyyələr də təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.