MƏDƏNİYYƏT


Milli Dram Teatrında növbəti tədbir Xalq şairi Vaqif Səmədoğluya həsr edilib

Bakı, 24 may, Xaruqə Məmmədova, AZƏRTAC 

Mayın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl sənət ocağının foyesində görkəmli şairin kitabları, haqqında dövrü mətbuatda yazılan məqalələrdən ibarət sərgiyə baxış olub.

Mədəniyyət naziri Əbülfəs Qarayev görkəmli şairin yaradıcılığı ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb. Qeyd edib ki, V. Səmədoğlu daima yaşayacaq və anılacaq ədiblərdəndir. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şairlərdən sayılan V.Səmədoğlunun şeirləri daima sevilib və seviləcək. “Vaqif Səmədoğlu qeyri-adi ədəbi baxışları ilə seçilən ziyalı idi. Çox şadam ki, belə bir insanla şəxsən tanış olmuşam”, - deyə nazir söyləyib.

Sonra qonaqlar teatrın səhnəsində Ramiz Həsənoğlunun quruluşunda şairin xatirəsinə ithaf edilən “Generalın son əmri” tamaşasına baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.