MƏDƏNİYYƏT


Milli Dram Teatrının yaradıcı kollektivi şimal-qərb rayonlarına qastrola gedəcək

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi Zaqatala, Balakən və Qaxda teatrsevərlərlə görüşəcək.

Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı AZƏRTAC-a bildirilib ki, kollektiv noyabrın 6-da Balakən, 7-də Zaqatala, 8-də isə Qaxda “Vəsiyyət” tamaşası ilə çıxış edəcək.

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən ikihissəli qara komediyanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsərində Əməkdar artistlər Abbas Qəhrəmanov, Münəvvər Əliyeva, Aslan Şirin, Almaz Amanova, Sevinc Əliyeva, Mirzə Ağabəyli, Kazım Həsənquliyev, aktyorlar Rövşən Kərimduxt, Almaz Amanova, Sevinc Əliyeva, Ləman İmanova, Rüstəm Rüstəmov, Elçin Əfəndi, İlahə Həsənova, Fəridə Şahbazova və Ramin Şıxəliyev çıxış edəcək.

Qeyd edək ki, tamaşa Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulub. Tamaşa insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.