CƏMİYYƏT


Milli Hematologiya və Transfuziologiya Mərkəzində xüsusi karantin rejiminin qaydaları çərçivəsində qanvermə aksiyaları təşkil olunacaq

Bakı, 15 avqust, AZƏRTAC

Hər il Aşura günündə məscidlərdə də qanvermə aksiyaları təşkil olunurdu. Lakin bu il pandemiya ilə əlaqədar məscidlər fəaliyyət göstərmir. Bu il vətəndaşlar Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankına yaxınlaşaraq qan verə bilərlər. Bu məsələ Qafqaz Müsəlmanları İdarəsi ilə də müzakirə olunur.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in Mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova deyib. Onun sözlərinə görə, eyni zamanda, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin bir neçə şöbəsi bu məqsədlə ayrılıb və xüsusi karantin rejiminin qaydaları çərçivəsində qanvermə aksiyaları təşkil olunacaq. Vətəndaşlar sosial məsafə prinsiplərinə əməl etməklə və maska taxmaq şərti ilə qanvermə aksiyalarında iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.