CƏMİYYƏT


Milli Hidrometeorologiya Xidməti: Avqustun ortalarında hava sərin keçəcək

Bakı, 13 avqust, AZƏRTAC

Avqust yay fəslinin ən isti ayıdır. Xüsusən də son onilliklərdə ən davamlı isti hava dalğaları və ən yüksək temperatur göstəriciləri məhz bu ayda qeydə alınıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən illərdən fərqli olaraq, bu il 35°-dən yüksək temperatur Bakıda yalnız 1 dəfə qeydə alınıb. Ayın əvvəlindən bu günədək orta temperatur 5 gün ərzində iqlim normasından 2,3°-dək aşağı olub.

Bu cür hava şəraiti Rusiyanın cənubundan, Qara dəniz üzərindən bizim regiona atmosfer hava cəbhələrinin daxil olması ilə bağlıdır.

Növbəti nisbətən sərin hava dalğasının təsiri avqust ayının 14-dən ikinci ongünlüyün sonunadək hiss olunacaq. Belə ki, arabir güclənən şimal küləyinin fonunda havanın temperaturu çoxillik normadan aşağı olacaq. Paytaxtda maksimal temperatur 25-30°-dən yüksək olmayacaq. Rayonlarda hava arabir yağışlı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.