CƏMİYYƏT


Milli Hidrometeorologiya Xidməti: Gorançaydan güclü sel keçib

Bakı, 13 iyul, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin iyulun 13-ü saat 19:00-a olan məlumatına əsasən, Daşkəsən, Naxçıvan, Balakən, Qusarda şimşək çaxıb, Göygöl, Gəncə, Şəmkir, Ağstafa, Qrız, Şahdağ, Xınalıqda şimşək çaxıb, yağış yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, Yuxarı-Ağcakənd ərazisində saat 16:45-17:25 radələrində leysan xarakterli yağış yağıb, Gorançaydan sel keçib.

Qərb bölgəsində dağlıq rayonlara yağan leysan yağış nəticəsində Şəmkir Mansırlıdan təxminən 2 kilometr aşağıda saat 13:40 radələrində sel hadisəsi baş verib.

Əsrikçay Ədrikçırdaxamda isə saat 15:36 radələrində sel hadisəsi yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.