MƏDƏNİYYƏT


Milli İncəsənət Muzeyində “Reinkarnasiya” adlı sərgi açılacaq

Bakı, 21 may, AZƏRTAC

Mayın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində bu mədəniyyət ocağının 80 illik yubileyi münasibətilə muzeyin və gənc rəssamların birgə layihəsi olan “Reinkarnasiya” adlı sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, muzeyin fəaliyyətində yenilik olan bu innovativ layihə çərçivəsində sərgidə Azərbaycanın müasir rəssamlarının muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş etdirilən məşhur rəssamlıq və heykəltəraşlıq nümunələri əsasında yaratdıqları reinkarnasiya (ruhun yenidən qayıdışı) olunmuş avanqard üslublu əsərləri nümayiş etdiriləcək.

Vernisajda rəssamlar Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Vüqar Quliyev, Aydın Əsgərov, Elşən Qaraca, Emin Qəhrəmanov tərəfindən 15-dək rəngkarlıq və 5 heykəltəraşlıq əsəri yeni interpretasiyada, müasir baxış kontekstində təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.