MƏDƏNİYYƏT


Milli İncəsənət Muzeyində “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar həyata keçiriləcək

Bakı, 21 noyabr, AZƏRTC

Noyabrın 25-dən 28-dək MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, layihənin həyata keçirildiyi və bilavasitə əlaqələndirildiyi yer Azərbaycan Milli İncəsənət Muzeyidir.

İdeya muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin maksimal rahat qavrayışı üçün uyğunlaşdırmaq məqsədilə dünyanın aparıcı muzeylərinin təcrübə və praktikasının öyrənilməsi zamanı ərsəyə gəlib. Əlçatan mədəniyyətin yaradılması üzrə BMT tövsiyələrindən irəli gələrək, Azərbaycan Milli İncəsənət Muzeyi sərhədsiz mədəniyyət və turizm məkanının yaradılması sahəsində MDB iştirakçı ölkələri ilə fəal əməkdaşlıq platforması yaradır.

Beynəlxalq qlobal turizm şəbəkəsinin vacib üzvü kimi müasir muzey sağlamlıq imkanları məhdud şəxslərin ehtiyac və təlabatlarını qarşılamaq və onlara uyğun olmaq öhdəliyi daşıyır. Sağlamlıq imkanları məhdud şəxslərin hər bir kateqoriyası və qrupunun xüsusiyyətlərini nəzərə alaraq, muzey xüsusi ekspozisiyalar, informasiya proqramları, audio bələdçilik, portallar yaradır, ekskursiya bələdçiləri və muzey personalına muzeyin ən həssas ziyarətçi qrupları ilə keyfiyyətli işin əsaslarını öyrədir.

Dörd günlük “Sərhədsiz incəsənət” beynəlxalq seminarı Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək kompleks tədbirlərdən birincisidir.

Gözlənilən seminar çərçivəsində MDB ölkələrinin aparıcı muzeylərinin muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üzrə uğurlu praktikası nəzərdən keçiriləcək. Bununla yanaşı, hüquqi məsələlər, turizm fəaliyyətinin təşkili, sağlamlıq imkanları məhdud şəxslərin incəsənət vasitəsilə inklüziv bədii təhsilin inkişafı, sağlamlıq imkanları məhdud olan şəxslərin sosiallaşması və əmək məşğulluğu məsələləri də nəzərdən keçiriləcək. Seminar çərçivəsində ustad dərsləri, sağlamlıq imkanları məhdud şəxslərin işlərinin sərgiləri də təşkil ediləcək. MDB ölkələrinin aparıcı muzeyləri, QHT və xeyriyyə fondları, əlil icmalarının nümayəndələri, ali təhsil müəssisələrinin və özəl sektorunun nümayəndələri də seminarda iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.