MƏDƏNİYYƏT


Milli İncəsənət Muzeyində konsert proqramı təqdim edilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Milli İncəsənət Muzeyində dahi bəstəkar, görkəmli musiqişünas, yazıçı, publisist, ictimai xadim, maarifçi Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Gününə həsr edilmiş konsert keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Konservatoriyanın tərkibində yerləşən İncəsənət Gimnaziyasının şagirdləri maraqlı konsert proqramı nümayiş etdiriblər.

Şagirdlər Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları əsasında kiçik tamaşa və musiqili proqramla çıxış ediblər.

Tədbirdə məktəblilər üçün təşkil olunmuş kvest oyunu keçirilib.

Tədbirin sonunda milli filmlərdən fraqmentlər, musiqi ifaları və səhnəciklər nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.