MƏDƏNİYYƏT


Milli İncəsənət Muzeyində uşaqlar üçün yeni layihə -“Musiqi xəzinəsi”

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Milli İncəsənət Muzeyi doğma musiqimizi təbliğ etmək, tanıtmaq, yaşatmaq, eləcə də milli musiqi alətlərinə sevgi aşılamaq məqsədilə uşaqlar üçün “Musiqi xəzinəsi” adlı yeni layihəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, sentyabr ayı boyunca davam edəcək layihə çərçivəsində uşaqlar proqram boyunca milli musiqi alətləri ilə tanış olacaq, korifey sənətkarların əsərlərini dinləyəcək, bir-birindən əyləncəli və maarifləndirici ustad dərslərində iştirak edəcəklər. Proqramda təqdim edilən ustad dərsləri balacaların musiqi duyumunun zənginləşməsinə, bədii zövq və yaradıcılıq təxəyyülünün inkişafına yardımçı olacaq.

Həmçinin balacalar Milli İncəsənət Muzeyinin iki tarixi binasını ziyarət etməklə yanaşı, ekspozisiyasını bəzəyən milli və dünya bədii irsini yaşadan incilərin sehrinə qərq olaraq keçmişimizə və müxtəlif ölkələrə möcüzəvi səyahət edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.