MƏDƏNİYYƏT


Milli İncəsənət Muzeyinin direktoru “Avropa Nəşr Mətbuat Evi”nin mükafatına layiq görülüb

Bakı, 22 may, AZƏRTAC

Mayın 22-də Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev “Avropa Nəşr Mətbuat Evi”nin “İlin ən yaxşı vətənpərvər tədqiqatçı alimi” qızıl medalı və diplomu ilə təltif olunub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, “Avropa Nəşr Mətbu Evi” müsabiqə komissiyasının qərarı ilə professor Çingiz Fərzəliyev bu mükafata milli mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, natürmort janrının mənşəyi, tarixi inkişaf yolu, estetik mahiyyəti, bədii təsvir imkanları sahəsində uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, dərs vəsaitlərinə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə rəssamlıq elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə layiq görülüb.

Milli İncəsənət Muzeyində keçirilən təqdimat mərasimində “Avropa Nəşr Mətbuat Evi”nin direktoru Şöhrət Səlimbəyli qızıl medalı və diplomu professor Çingiz Fərzəliyevə təqdim edərək, onun Azərbaycan incəsənətinin təbliğ olunmasında, tədqiqi və nəşrində böyük xidmətlər göstərdiyini vurğulayıb.

Tədbirdə çıxış edənlər muzeyin direktorunun cəmiyyətdəki fəal ziyalı mövqeyindən, peşəkar tədqiqatçı və nəcib insan olmasından danışıblar.

Sonda Çingiz Fərzəliyev çıxış edərək, “Avropa Nəşr Mətbu Evi”nin rəhbərliyinə öz təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.