MƏDƏNİYYƏT


Milli Kitabxana “Kitabxanalararası abonement və sənədlərin elektron çatdırılması üzrə xidmətlərin göstərilməsi” mövzusunda videokonfransda iştirak edib

Bakı, 18 sentyabr, AZƏRTAC

M.F.Axundzadə adına Milli Kitabxanası “Kitabxanalararası abonement və sənədlərin elektron çatdırılması üzrə xidmətlərin göstərilməsi” mövzusunda videokonfransda iştirak edib.

AZƏRTAC xəbər verir ki, konfransda “Kitabxanalararası abonement və sənədlərin elektron çatdırılması” sistemində kitabxana fəaliyyətinin vəziyyəti və problemləri, pandemiya ilə əlaqəli məhdudiyyətlər və istifadəçilərə stasionar kitabxana və məlumat xidmətlərinin müvəqqəti dayandırılmasına səbəb olan digər amillər şəraitində kitabxanalararası abonement və sənədlərin elektron çatdırılması üzrə xidmətlərin göstərilməsi kimi məsələlər müzakirə olunub.

Videokonfransda Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan milli kitabxanaları iştirak ediblər.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov kitabxananın respublika daxilində və respublikadan kənarda sənədlərin elektron çatdırılması xidmətinin pandemiya dövründə Milli Kitabxananın öz oxucularına onlayn rejimdə xidmətin təşkilində vacib rolundan danışaraq Azərbaycan Milli Kitabxanası ilə Rusiya Dövlət Kitabxanasının, eyni zamanda Gürcüstan, Belarus, Qazaxıstan Milli Kitabxanalarının bu xidmət vasitəsilə öz oxucularının sorğularının ödənilməsində əlaqəli fəaliyyətinə diqqəti çəkib.

Sonda K.Tahirov bu işdə Azərbaycan Respublikası Prezidentinin ölkə ərazisində dərc olunan çap məhsullarının elektron versiyasının Milli Kitabxanaya təqdim olunmasına dair müvafiq Sərəncamını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanın bu sahədəki təcrübəsini çox yüksək qiymətləndirən kitabxana rəhbərləri həmin Sərəncamın mətnini onlara göndərilməsini xahiş ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.