MƏDƏNİYYƏT


Milli Kitabxana Silahlı Qüvvələr Gününə həsr olunan elektron məlumat bazasını təqdim edib

Bakı, 25 iyun, AZƏRTAC

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunan elektron məlumat bazasını virtual rejimdə təqdim edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü haqqında rəsmi sənədlər, dövlət rəmzlərimiz, eləcə də ulu öndər Heydər Əliyevin Azərbaycanın ordu quruculuğundakı yorulmaz tarixi fəaliyyətindən, müstəqilliyimizin, dövlətçiliyimizin əsas təminatçısı olan milli ordumuzun uğur və nailiyyətlərindən, onun tarixindən bəhs edən kitablar, Milli Qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş nəşrlər və əsgərimizə dair mahnı və şeirlər təqdim olunur. Elektron məlumat bazasında yer alan resurslar tam mətnləri ilə təqdim olunur.

Məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Azerbaycan/index.html linkindən istifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.