Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Milli Kitabxana VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində öz tədbirlərini davam etdirir

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanasının Beynəlxalq əməkdaşlıq zalında Albaniya Milli Kitabxanasının və VIII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunan digər ölkələrin iştirakı ilə Albaniyaya dair daimi guşənin açılışı, Azərbaycan Milli Kitabxanası ilə Albaniya Milli Kitabxanası arasında Qarşılıqlı əməkdaşlığa dair Memorandumun imzalanma mərasimi, eləcə də “Müasir dövrdə kitabxanalar: gələcəyə baxış” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, Albaniyadan, Latviyadan, Rusiyadan, Qırğızıstandan olan nümayəndə heyəti əvvəlcə kitabxana ilə tanış olublar. Qonaqlar Milli Kitabxananın “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi” şöbəsi, “Açıq Kitabxana”, Uşaq bölməsi, oxu zalı, kitabxana fondunda olublar.

Sonra Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalında Albaniyaya dair daimi guşənin açılış mərasimi keçirilib. Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb, onları kitabxanada görməkdən məmnun olduğunu bildirib. Direktor qeyd edib ki, bu günlərdə Azərbaycanın mədəni həyatında çox əlamətdar hadisələr yaşanır. Belə ki, ölkəmizdə kitab bayramı – VIII Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir. Direktor qeyd edib ki, artıq Milli Kitabxanada bu adət halını alıb ki, hər il keçirilən kitab sərgiləri çərçivəsində kitabxananın Beynəlxalq Əməkdaşlıq zalında bir ölkənin tarixini, mədəniyyətini, iqtisadiyyatını və s. əhatə edən ədəbiyyatlardan ibarət guşə yaradılır. Bu gün isə Albaniyaya dair daimi guşənin açılış mərasiminə yığışmışıq.

Sonra Azərbaycan Milli Kitabxanası ilə Albaniya Milli Kitabxanası arasında Qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu Azərbaycan tərəfindən direktor Kərim Tahirov, Albaniya tərəfindən direktor Mişa Piro imzalayıb.

K.Tahirov vurğulayıb ki, Azərbaycan Milli Kitabxanası dünyanın 60-a yaxın ölkəsi ilə qarşılıqlı əməkdaşlığa dair müqavilələr imzalayıb. O, Albaniya Milli Kitabxanası ilə olan əlaqələrin bu müqavilədən sonra daha da möhkəmlənəcəyini bildirib. Qeyd edib ki, bu gün açılışı olan guşədə təqdim olunan kitabların sayı inanıram ki, bu əməkdaşlıq haqqında memorandumdan sonra daha da artacaq.

Albaniya Milli Kitabxanasının direktoru Mişa Piro çıxış edərək Azərbaycanda olmasından məmnunluğunu ifadə edib. O, qeyd edib ki, Albaniya və Azərbaycan Milli Kitabxanaları arasında əlaqələr imzalanan memorandumdan sonra daha da inkişaf edib möhkənlənəcək. Bu memorandum hər iki ölkə arasında qarşılıqlı fikir mübadiləsinin yaranmasına, əməkdaşlığın genişlənməsinə səbəb olacaq. Bu əməkdaşlıq müqaviləsindən daha çox iki ölkə Milli Kitabxanalarının gənc oxucuları, alimləri, ziyalıları faydalanacaq və yaranan fürsətdən bəhrələnəcəklər.

Tədbirin davamında iştirakçı ölkələrin kitabxana nümayəndələri öz ölkələrinin ədəbiyyatına, mədəniyyətinə dair kitabları Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə təqdim edərək VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən mədəni proqramlara, tədbirlərə görə öz təşəkkürlərini bildiriblər.

Daha sonra “Müasir dövrdə kitabxanalar: gələcəyə baxış” mövzusunda dəyirmi masa keçirilib. Kərim Tahirov bu gün müasir kitabxanaların yeni iş forma və metodlarından istifadə edərək öz oxucularının tələbatlarını ödəmək məcburiyyətində olduqlarını, öz işlərini yeni tələblər üzərində qurduqlarını söyləyərək iştirakçıları aktiv müzakirəyə dəvət edib.

Rusiya Dövlət Kitabxanasının prezidenti Viktor Vasilyeviç Fyodorov çıxış edərək Azərbaycan Milli Kitabxanasının əməkdaşlarını və bütün iştirakçıları, qonaqları salamlayıb. Beynəlxalq tədbirdə dəvətə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkür edərək hər şeyin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Natiq kitabxanaların artıq öz fəaliyyətlərini dövrün tələblərinə uyğun inkişaf etdirdiyini, çap əsərlərinin arxivləşdirildiyini, elektronlaşdırıldığını, şəbəkədə yaranan internet resurs ilə çap məhsulu arasında sərhədin qalmadığını söyləyib, kitabxanaşünaslıq elminin kitabxana təcrübəsindən xeyli geridə qaldığını, bu sahədə yeni nəsil savadlı tədqiqatçıların yetişdirilməsinin lazımlığını, təhsilin inkişafının vacibliyini qeyd edib.

Rusiya Dövlət Kitabxanasının Beynəlxalq əlaqələr üzrə müdir müavini, Avrasiya Kitabxanalar Assambleyasının (BAE) baş direktoru Mariya Vladimirovna Neryueva iki qonşu ölkə kitabxanaları arasında hər zaman qarşılıqlı dost münasibətlərin və sıx əməkdaşlığın mövcud olduğunu vurğulayaraq kitabxanalar arasında olan oxşar xüsusiyyətlərin çoxluğundan danışıb.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev Qarabağda dağıdılmış kitabxanalar haqqında məlumat verərək Rusiya Dövlət Kitabxanası ilə kitabxana işi sahəsində mövcud olan problemlərin həllinə yönəlmiş birgə onlayn görüşün və Şuşada beynəlxalq səviyyədə bir iclasın təşkilini təklif edib.

Kərim Tahirov bu il Ankarada keçirilmiş İFLA-nın iclasında mütəxəssisləri Qarabağda dağıdılmış kitabxanaları və digər mədəniyyət mərkəzlərini görməyə dəvət etmiş, bununla bağlı İFLA-ya kitabxana tərəfindən xüsusi müraciət ünvanlandığını söyləyərək, xarici qonaqları yenidən bərpa ediləcək olan bu kitabxanaların fondlarını formalaşdırmaqda köməyə çağırmışdır.

BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılov, Qırğızıstan Milli Kitabxanasının Dissertasiya və avtoreferatlar şöbəsinin müdiri Gülnara Almankulova, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının şöbə müdiri Leyla İbrahimova və digərləri çıxış edərək xüsusən bu gün kitabxanalar üçün əsas problem olan müəllif hüquqları məsələsi müzakirə olunub.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova Rusiya Dövlət Kitabxanasının rəhbərliyi tərəfindən “Nikolay Rumyantsev” medalı təqdim olunub.

Direktor sonda iştirakçı ölkələrin nümayəndələrinə Milli Kitabxananın Ehtiyat Mübadilə Fondundan kitablar hədiyyə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın daha bir boksçusu Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək